Azərbaycan, Bakı, 14 sentyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının (RF) prezidenti Dmitri Medvedyev ilə telefon danışığında 88 nəfərin həyatına son qoyan iri aviaqəza ilə bağlı başsağlığı verib. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə RF prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
"Moskva-Perm" 821 reysi "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Agroflot Nord" avia şirkəti tərəfindən həyata keçirilib. Təyyarə paytaxtdan Moskva vaxtı ilə saat 01:10-da havaya qalxıb və iki saatdan sonra yerə enmə zamanı, 1 500 metr hündürlükdə onunla əlaqə kəsilib. FHN-nin məlumatına görə, təyyarə düşən zaman yerə dəyib və yanmağa başlayıb. Boeing-737 təyyarəsi dəmir yolu üzərinə düşüb. Təyyarənin qalıqları 4 km radiusunda yayılıb.
Ölənlər arasında 8 Azərbaycan və 10 - dan çox digər xarici ölkə vətəndaşları var.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]