...

Azərbaycanın müxalifət partiyası konstruktiv müxalifətin platformasının hazırlanmasını təklif edib

Siyasət Materials 15 Sentyabr 2008 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.İsmayılbəyli/ Azərbaycanın müxalif Demokrat Partiyası hesab edir ki, ölkədə konstruktiv müxalifətin platformasının hazırlanmasına ehtiyac var.

"Platformanın hazırlanması üçün ilk növbədə konstruktiv mövqedən çıxış edən partiyaların məsləhətləşmələri aparılmalıdır", bazar ertəsi Trend -a partiyanın sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2007-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Cəlaloğlu bildirib ki, konstruktiv mövqedən çıxış edən həmin partiyalarla əməkdaşlıq etmək mümkündür, hətta həmin partiyaların bloku da yaradıla bilər.

Radikal müxalifətlə əməkdaşlığı mümkün hesab etməyən partiya sədrinin fikrincə, konstruktiv mövqedən çıxış edən partiyaların birgə əməkdaşlığı cəmiyyətə daha çox xeyir verə bilər.

ADP sədri konstruktiv müxalifətin formalaşması üçün rəhbərlik etdiyi partiyanın təşəbbüslə çıxış edəcəyini deyib.

"Bununla biz, ölkədə normal iqtidar-müxalifət münasibətlərini də formalaşdıra bilərik", - deyə Cəlaloğlu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti