Gürcüstan, Tbilisi, 16 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ NATO Şurası nümayəndə heyəti və alyansın Baş katibinin Gürcüstana səfəri Rusiya üçün siqnaldır. Bu barədə çərşənbə axşamı Gürcüstan parlamentinin Avrointeqrasiya Komitəsinin sədri David Darçiaşvili bildirib.
"Bu, Gürcüstanın Rusiyanın təcavüzü qarşısında tək qalmayacağına dəqiq və aydın işarədir", - deyə o bildrib.
Darçiaşvilinin sözlərinə görə, NATO Şursı nümayəndələrinin səfəri həmçinin danışıqlar prosesinin intensivləşdirilməsi və Gürcüstanla əmsəkdaşlığa yönəlib. "Biz NATO-nun dekabr sammitində Gürcüstanın alyansa daxil olması üzrə tamamilə aydın siqnal alacağımızı gözləyirik", - deyə o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]