...

Gürcüstan XİN Rusiya Müdafiə Nazirliyinin qurbanların sayı haqqında məlumatını "məqsədyönlü yalan" adlandırıb

Siyasət Materials 16 Sentyabr 2008 15:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya kütləvi informasiya vasitələrinin gürcü tərəfinin avqust hadisələri zamanı həlak olan müdafiə və daxili işlər nazirliklərinin hərbi qulluqçuları arasında itkilərin sayını azaltmağa çalışması barədə məlumatı Rusiyanın dövlət strukturlarının yaydığı növbəti məqsədyönlü yalandır. Gürcüstan XİN-in mətbuat və nəşr departamenti bu məlumatı belə qiymətləndirir. RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib ki, Gürcüstan Cənubi Osetiyadakı hadisələr vaxtı 3 min hərbi qulluqçu itirib.

Departamentin bəyanatında bildirilir ki, sovet ənənələri ilə hərəkət edən Rusiya Federasiyasının hazırki rəhbərliyi üçün demokratik cəmiyyətdə başlıca dəyərin insan həyatı olması və rəhbərliyin ölkə vətəndaşlarının həlak olması ilə bağlı həqiqəti ictimaiyyətdən gizlətməsinin yolverilməz olduğuna inanmaq çətindir.

Gürcüstanın müdafiə, daxili işlər və səhiyyə nazirlikləri hər gün münaqişə zonasında həlak olanlarla bağlı cari məlumatı açıqlayıblar. Beləliklə, sentyabrın 15-nə olan məlumatlar belədir: həlak olan Gürcüstan vətəndaşları - 360 nəfər, onlardan mülki şəxslər - 188, Silahlı Qüvvələrin nümayəndələri - 154 nəfər, polis əməkdaşları - 18 nəfər. 2234 Gürcüstan vətəndaşı yaralanıb. Onlardan 170 nəfəri mülki şəxs, 1964-ü Silahlı Qüvvələrin nümayəndələridir.100 nəfərin şəxsiyyəti müəyyən edilməyib, hospitallardan 106 9 nəfər evə buraxılıb, 14 nəfər itkin düşüb. Bundan əlavə, üç jurnalist öldürülüb (ikisi Gürcüstan vətəndaşı, biri əcnəbi), altı KİV nümayəndəsi yaralanıb (üçü Gürcüstan vətəndaşı, üçü əcnəbi).

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti