Yəmənin paytaxtı Sənada Amerika səfirliyinin binası qarşısında baş vermiş terror aktına görə məsuliyyəti "Yəmən İslami Cihad" adlı radikal islamçı qrup öz üzərinə götürüb. Bu haqda Türkiyənin Dünyabulteni agentlyi məlumat verib.
Əl-Ərəbiyyə tele-kanalının məlumatına görə, terrorçu qrup Yəmən Prezidenti Əli Salehə müraciət edərək , həbsdə olan üzvlərinin buraxılmayacağı təqdirdə, ölkədəki İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin səfirliklərinə də qarşı eyni terror hücumları edəcəyini bildirib.