ABŞ dövlət katibi Kondoliza Rays ABŞ-ın Qafqazda Türkiyə ilə əməkdaşlıq etdiyini bildirib. Bu haqda CNN Türk agentliyi məlumat verib. Marşal Fondunda çıxış edən Rays Rusiyanın Qafqazdakı hərəkətlərinin dünya birliyi tərəfindən dəstəklənmədiyini və ABŞ-ın Qafqazda Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. "Qafqazda əməkdaşlığın əsasını qurmaq üçün Türkiyə kimi müttəfiqlərimizlə birgə işləyirik", - deyə Rays bildirib.
ABŞ dövlət katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək və müxtəlif enerji mənbələri yaratmaq üçün əməkdaşlığın zəruri olduğunu əlavə edib. Rays regiondakı enerji resurslarının qərb bazarlarına ötürülməsi üçün Türkiyə, Gürcüstan və Azərbaycan ilə əməkdaşlıq etdiklərini də əlavə edib.