...

Əfqanıstanın Çurə şəhər icra başçısı NATO qüvvələri tərəfindən səhvən öldürülüb

Siyasət Materials 19 Sentyabr 2008 14:40 (UTC +04:00)

Əfqanıstan, Kabil, 19 sentyabr / Trend , A.Həkimi / Əfqanıstanın Ərziqan vilayətinin Çurə şəhər icra başçısı iki mühafizəçisi ilə birlikdə NATO qüvvələri tərəfindən öldürülüb. NATO qüvvələri qərargahından xəbəri təsdiqləyərək bildiriblər ki, onlar qiyamçılarla səhv salınaraq öldürülüblər.

Amerikanın müdafiə naziri Robert Qeyts Əfqanıstanda dinc sakinlərin və yerli silahlı qüvvələrin NATO qüvvələri tərəfindən öldürülməsi faktları ilə bağlı cümə axşamı Əfqanıstan rəsmilərindən üzr istəyib. Bundan öncə isə Əfqanıstan parlamentinin nümayəndələri dinc sakinlərin öldürülməsi faktlarına etiraz olaraq bir günlük aksiya keçirmişdilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti