...

Azərbaycan prezidenti MDB SQKŞ -nın ali mükafatı ilə təltif edilib

Siyasət Materials 19 Sentyabr 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı,19 sentyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidenti İlham Əliyev MDB - nin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) ən yüksək mükafatı ilə təltif olunub. Bu barədə cümə günü Bakıda keçirilən mətbuat konfransında MDB SQKŞ -nın əlaqələndirici xidmətinin rəhbəri, general - polkovnik Aleksandr Manilov bildirib.

Onun sözlərinə görə, İlham Əliyev "MDB dövlətləri sərhədlərinin mühafizəsi üzrə fərqlənmə" mükafatı və "Sərhəd əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif olunub.

Bakıda MDB Sərhədyanı Qoşunlarının Komandanları Şurasının 60 - cı iclası keçirilib. İclasda MDB -yə üzv dövlətlərin (Gürcüstan istisna olmaqla) 11 sərhəd idarəsinin, həmçinin, qarşılıqlı fəaliyyət göstərən orqanların (MDB İcraiyyə Komitəsi, MDB ATM (Antiterror Mərkəzi) və AvrAsiya İƏ) nümayəndələri iştirak ediblər.

Komandanlar Şurasının üzvləri 24 məsələni nəzərdə keçiriblər. Əsas diqqət 2007 - 2010 - cu illərdə MDB iştirakçı dövlətlərinin razılaşdırılmış sərhəd siyasəti Konsepsiyasının reallaşdırılması üzrə tədbirlər Planı çərçivəsində, MDB iştirakçı dövlətlərinin sərhədlərində təhlükəsizliyin təmin edilməsi üzrə əməli məsələlərin həllinə yönəldilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti