...

Nyu Yorkda Ermənistan prezidenti ilə görüş planlaşdırılmayıb -Türkiyə Prezidenti

Siyasət Materials 20 Sentyabr 2008 13:51 (UTC +04:00)

Türkiyə prezidenti Abdullah Gül BMT Baş Assambleyasının Nyu Yorkda keçiriləcək 63 - cü sessiyasında Ermənistan Prezidenti Serj Sarkisyanla görüşün planlaşdırılmadığını bildirib. Bu haqda CNN Türk agentliyi məlumat verib. Bu gün Nyu -Yorka yola düşəcək Türkiyə prezidenti Abdullah Gül Nyu - Yorkda BMT Baş Assambleyası görüşləri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşün planlaşdırılmadığını bildirib. " Ermənistan Prezidenti ilə görüş planlaşdırılmayıb. Amma Türkiyə və Ermənistan xarici işlər nazirləri bir sıra görüşlər keçirəcəklər" - deyə Gül bildirib.

Xəbər lenti

Xəbər lenti