...

Azərbaycanın şimal regionları prezident seçkilərinə yaxşı hazırlaşıb ї MDB-nin missiyası

Siyasət Materials 22 Sentyabr 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir R.Novruzov/ MDB-nin missiyası ölkənin şimal regionlarının Azərbaycanda keçiriləcək prezident seçkilərinə yaxşı hazırlaşdığını qeyd edir.

їAzərbaycanın şimal regionları prezident seçkilərinə yaxşı hazırlaşıb. Məntəqələr çox yaxşı hazırlaşıb və texniki baxımdan təchiz edilibї, - MDB-nin Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının əməkdaşı Mariya Qutsalo bazar ertəsi Trend -a bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

MDB-nin müşahidə missiyası bazar günü Azərbaycanın şimal regionlarında ї Xaçmazda, Qubada, Qusarda və Dəvəçidə olub.

їBiz regionda yerli icra hakimiyyətlərinin rəhbərləri ilə görüşdük və bir sıra seçki məntəqələrində olduqї, - Qutsalo bildirib.

MDB-nin müşahidə missiyası ötən həftə Hacıqabul, Salyan, Lənkəran və digər şəhərlərə səfər edərək, ölkənin cənubunda olub. Missiya, səfərinin ilkin yekunlarına əsasən, yerli hakimiyyətlərin azad və ədalətli seçkilərə maraq göstərdiyi barədə qənaətə gəlib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17-də başlayıb və 28 gün davam edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti