...

Pakistanın səfiri İslamabadda konsulun oğurlanması ilə bağlı Əfqanıstanın xarici işlər nazirliyinə çağırılıb

Siyasət Materials 22 Sentyabr 2008 18:30 (UTC +04:00)

Əfqanıstan, Kabil, 22 sentyabr/ Trend , müxbir A.Hakimi/Pakistanın Əfqanıstandakı səfiri Pakistanda əfqan konsulunun oğurlanması ilə bağlı xarici işlər nazirliyinə çağırılıb, - Əfqanıstanın XİN nümayəndəsi xəbər verib.

їPakistanın səfiri deyib ki, bu barədə təhqiqat aparılır, lakin aparılan təhqiqatlar hələ ki, nəticə verməyibї, - bazar ertəsi Trend -a Əfqanıstan XİN - nin nümayəndəsi Sultan Əhməd Behin deyib.

Əfqanıstanın konsulu Əbdül Xaliq Fərahi bazar ertəsi oğurlanıb, onun sürücüsü diplomatın maşınına hücum nəticəsində öldürülüb, - Əfqanıstanın konsulluğu məlumat verib.

Konsul işdən evə qayıdanda sialhlı kişilər avtomobilə atəş açıblar.

Cari ilin fevralında їTalibanїhərəkatının nümayəndələri Pakistanın Əfqanıstandakı səfiri Tarik Əziziddini oğurlayaraq, onu üç aydan sonra azad ediblər.   

Xəbər lenti

Xəbər lenti