...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin çap edilməsinə başlayır

Siyasət Materials 23 Sentyabr 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15 - nə təyin edilmiş qarşıdakı prezident seçkisi üçün seçki bülletenlərinin çap edilməsinə başlayır.

Bu barədə MSK- nın çərşənbə axşamı keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov məlumat verib. Bülletenlər beş üzvün və MSK aparatı əməkdaşlarının nəzarəti altında Azərbaycan parlamentinin nəşriyyatında dərc ediləcək.

KİV nümayəndələri də bülletenlərin çapında iştirak edə bilərlər, - Pənahov bildirib. Ümumilikdə 10 gün ərzində 4 903 600 bülleten çap ediləcək.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti