...

Pakistan hökuməti "Mariott" otelindəki partlayışı müstəqil araşdırmaq iqtidarındadır

Siyasət Materials 23 Sentyabr 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr/ Trend , müxbir D.İbrahimova/ Pakistan araşdırmalarda öz imkanlarını və obyektivliyini sübut etmək üçün "Mariott" otelində baş verən partlayış üzrə ABŞ - ın tədqiqatlara dair yardımından imtina edib.

"Pakistan hökuməti sübut etmək istəyir ki, partlayış üzrə müstəqil araşdırma aparmağa kifayət qədər gücü var", - deyə Trend - a pakistanlı politoloq Əbdül Hey Anis (Abdul Hey Anis) bildirib.

Bazar günü ABŞ - ın Federal Araşdırmalar Bürosu (FAB) dünən "Mariott" otelində baş verən partlayışın araşdırılması üzrə Pakistana yadrım təklif edib. Lakin Pakistan tərəfi bu köməkdən imtina edib.

"Bizə kömək lazım deyil. Biz buna kifayət qədər qadirik və yardımdan imtina edirik". Amerikanın "US Today" qəzetinin verdiyi xəbərə görə, bu barədə bazar günü jurnalistlərə Pakistan hökumətinin təhlükəsizlik məsələləri üzrə müşaviri Rəhman Malik (Rehman Malik) bildirib.

Taft Universitetinin (ABŞ) professoru Aişə Cəlalın (Ayesha Jalal) fikrincə, Pakistan FAB - ın yardımından imtina etməkdə tamamilə haqlıdır.

"Amerika Hərbi Hava Qüvvələrinin Əfqanıstan ilə sərhəddə qəbilələrin yaşadağı zonalara raket zərbələri endirməsi fonunda ABŞ - ın yardımına müraciət etmək siyasi nəzərdən problemli məsələdir", - deyə Trend - a bazar ertəsi elektron poçt ilə Cəlal bildirib.

Yardımdan imtinaya daha bir səbəb var. Bu yaxınlarda Pakistan prezidenti seçilən Asif Əli Zərdari "Mariotte"dəki partlayışdan bir neçə saat əvvəl bəyan edib ki, onun hökuməti terrorçulara qarşı uğurla mübarizə aparmaq iqtidarındadır.

Pakistanlı politoloq Əbdül Hey Anis bildirib ki, İslamabadın əvvəllər müstəqil olaraq partlayışlar üzrə araşdırmaların öhdəsindən gəlməsi FAB - ın yardımından imtinaya səbəb olub.

Pakistan DİN Şimali və Cənubi Vaziristanda ("Taliban" və "Əl - Qaidə" radikal hərəkatlarının nəzarəti altında olan sərhədyanı əyalətlər) antiterror əməliyyatlar seriyası aparmağı planlaşdırır.

Cəlalın sözlərinə görə, araşdırmalar uğurlu olmasa, Pakistan hökuməti Benazir Bhuttonun qətli zamanı olduğu kimi, həmişə FAB - a və ya Skotlend - Yarda müraciət edə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti