Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın paytaxtında "Zamin Bank"ın mərkəzi filialının direktoru həbs olunub.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, "Zamin Bank" ASC-nin Mərkəz filialının direktoru, Bakı şəhər sakini Vidadi Xudiyevin, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bank sənədlərini saxtalaşdırmaq yolu ilə Orxan Şirinov, Sərdar Qəribov və qeyrilərinə məxsus 100 min manat məbləğində pul vəsaitlərini mənimsəməsi müəyyən edilib.
Xudiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.
Faktla bağlı "Zamin Bank"dan şərh almaq mümkün olmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]