...

Azərbaycandakı prezident seçkisi AŞ PA-nın sessiyasına müzakirə edilləcək

Siyasət Materials 24 Sentyabr 2008 16:52

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçiriləcək prezident seçkisinin nəticələri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında (yanvar) müzakirə ediləcək.

"Azərbaycanla bağlı məsələlərə qış sessiyasında baxılacaq" - çərşənbə günü Trend - a Azərbaycanın AŞPA - dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək.AŞPA - nın payız sessiyası sentyabrın 29 - dan oktyabrın 3 - dək Fransanın Strasburq şəhərində keçiriləcək. Sessiyanın ilk günü Makedoniya, Meksika və Çernoqoriyada keçirilmiş parlament seçkiləri barədə məruzələr, Rusiya parlamentinin spikeri Boris Qrızlovun çıxışı dinlənəcək. Balkanlarda və Kosovoda vəziyyət əsas müzakirə mövzusu olacaq. Milli Memarlıq Abidələrinin Qorunması Avropa Konvensiyasının ratifikasiyası, sosial sağlamlıq və ailə, kürdlərin mədəni vəziyyəti mövzusunda müzakirələr aparılacaq.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, prezident seçkisiöncəsi olduğuna görə, payız sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələ daxil edilməyib.

Seyidov bildirib ki, payız sessiyası çərçivəsində, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin iclasının keçirilməsi və Komitəyə yeni sədrin seçilməsi gözlənilmir.

"Sessiyada, əsasən, Gürcüstanla Rusiya arasında baş verən münaqişə müzakirə olunacaq və müzakirələr iki gün davam edəcək. AŞPA - nın Gürcüstan - Rusiya münaqişəsinə dair xüsusi Alt Komitəsinin üzvləri artıq Rusiyaya səfər ediblər. Nümayəndə heyəti yaxın günlərdə Gürcüstana da səfər edəcək. Onların səfərinin yekunları və hazırlanan məruzə sessiyada müzakirə olunacaq", - deyə Seyidov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və nümayəndə heyəti də AŞPA - nın sessiyasında eyni mövqedən çıxış edəcək: "Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz münaqişənin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini və bölgədə sülhün yaranmasını istəyirik".

Nümayəndə heyəti sentyabrın 27- də yola düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti