...

Azərbaycan prezidenti  Gəncədəki Şah Abbas məscidi ilə tanış olub

Siyasət Materials 24 Sentyabr 2008 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend / Azərbaycan prezidenti  İlham Əliyev çərşənbə günü Gəncədəki Şah Abbas məscidi ilə tanış olub.

Dövlətimizin başçısı məsciddə aparılmış təmir-bərpa işlərinin səviyyəsindən razılığını bildirib.

Prezidentə "Qurani-kərim" hədiyyə olunub.

Bu cümə məscidi 1606 - cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında tikilib. 2008 - ci ildə Prezident Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Dövlət tərəfindən qorunan bu abidə indi yeni görkəm alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti