...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 25 Sentyabr 2008 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 24 - də saat 23.15 - dən 23.35 - dək, sentyabrın 25 - də saat 00.20 - dən 01.05 -dək, 01.45 - dən 03.10 - dək və 05.50 - dən 06.20 - dək fasilələrlə Tərtər rayonunun Qızıl Oba, Seysulan, Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti