Gürcüstan , Tbilisi, 27 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Kvemo Kartli regionunun əhalisi bu gün Tbilisinin İsani - Samqorsk rayonunda yaşayan Cənubi Osetiya qaçqınlarına 20 yük maşını humanitar yardım göndərib.
Yardım Rusiya qoşunları daxil olan zaman daha çox zərər çəkmiş insanların yaşadığı bu rayonda paylanacaq.
Kvemo Kartli qubernatorunun nümayəndələri bildiriblər ki, yardımın böyük hissəsi Kvemo Kartli bölgəsində sıx yaşayan azərbaycanlılar tərəfindən toplanıb. Onlar qeyd ediblər ki, belə aksiyalar davamlı mahiyyət daşıyır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]