...

Rusiya və Gürcüstan razılığa gəlməlidirlər-AŞPA – nın deputatları

Siyasət Materials 30 Sentyabr 2008 15:51 (UTC +04:00)

Fransa, Strasburq, 30 sentyabr/ Trend , müxbir A. Məhərrəmli/  " Rusiya ilə Gürcüstan razılığa gəlməlidirlər, müharibədən zərər çəkmiş insanların öz yerlərinə qayıtması, insan haqlarına riayət olunması təmin edilməlidir" - deyə AŞPA - nın Gürcüstan üzrə  həmməruzəçisi, macarıstanlı deputat Matyaz Öshi bildirib.

Öshi çıxısında qeyd edib ki,  regionda müstəqil təhqiqatlar arapılmalıdır. "Hər iki ölkə silahlı münaqişənin qarşısını almaq üçün kifayət qədər səy göstərməyib. Cənubi Osetiya və Qafqazda vəziyyət yoluna qoyulmayıb" - deyə o qeyd edib.

Isveçli deputat Qoran Lindbald çıxışında AS - nın bu iki üzvü arasında münaqişənin başlanmasının, eləcə də bir dövlətin başqa dövlətin ərazisini işğal etməsinin qəbuledilməz olduğunu bildirib. O qeyd edib ki, AS tərəflər arasında etimad mühitinin yaradılması üçün dialoqu davam etdirməlidir.

AŞPA - nın payız sessiyasının çərşənbə axşamı keçirilən iclasında Gürcüstan - Rusiya silahlı münaqişəsinin nəticələrinə dair fövqəladə müzakirə aparılır.

İclasda əvvəl ASPA - nın sentyabrın 22 - dən - 25 - dək Rusiya və Gücüstana səfər etmiş faktaraşdırıcı missiyasının məruzəsi, daha sonra deputatların məsələ ilə bağlı çıxışları dinlənilib.

Xəbər lenti

Xəbər lenti