...

Parisdə Azərbaycanın Avropa Yaşıllar Partiyasına üzvlük məsələsi müzakirə ediləcək

Siyasət Materials 1 Oktyabr 2008 12:22 (UTC +04:00)
Parisdə Azərbaycanın Avropa Yaşıllar Partiyasına üzvlük məsələsi müzakirə ediləcək

Azərbaycan, Bakı, 01 oktaybr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Yaşıllar Partiyası (AYP) Avropa Yaşıllar Partiyasında müşahidəçi statusu alacaq.

"Oktyabrın 8 - dən 12 - dək Avropa Yaşıllar Partiyasının Parisdə keçiriləcək növbəti Şura iclasında Azərbaycan Yaşıllar Partiyasının Avropa Yaşıllar Partiyasına üzv qəbul olunması məsələsi müzakirə olunacaq", - deyə çərşənbə günü Trend - a AYP həmsədri Mais Güləliyev məlumat verib.

Partiya Avropa Yaşıllar Partiyasına üzvlüklə bağlı cari ilin yanvarında müraciət edib. Üzvlük məsələsi ilə əlaqədar bu ilin ortalarında Avropa Yaşıllar Partiyasının faktaraşdırıcı missiyası Bakıda olub və Qafqazda "yaşıllar"ın perspektivləri və Azərbaycan Yaşıllar Partiyasının fəaliyyətini araşdırıb.

AYP həmsədri qeyd edib ki, Şura iclasında Avropa Yaşıllar Partiyasına daxil olan 35 ölkənin Yaşıllar partiyalarının rəhbər nümayəndələri və Avropa Parlamentində bir sıra ölkələrin yaşıllar partiylarından təmsil olunmuş parlament üzvləri iştirak edəcək.

Şuranın iclasında Azərbaycan Yaşıllar Partiyasının həmsədrləri Mais Güləliyev və Təranə Məmmədova iştirak edəcəklər. Güləliyev Azərbaycanda ictimai - siyasi vəziyyət, prezident seçkisi mövzusu ilə bağlı çıxış edəcək.

Güləliyev əlavə edib ki, oktyabrın 12 - də dörd ölkənin - Albaniya, Moldova, Azərbaycan və Belarus Yaşıllar partiyalarının Avropa Yaşıllar Partiyasına üzvlük məsələləri müzakirə olunacaq. "Şuranın iclasında Albaniya və Moldovanın tam üzvlük məsələsi, Belarus və Azərbaycanın müşahidəçi statusu məsələsi müzakirə olunacaq", - deyə o bildirib.

AYP sədri Avropa Yaşıllar Partiyasına üzvlüyün iki mərəhələdən ibarət olduğunu bildirib. "Birinci mərhələdə səs hüququ olmadan müşahidəçi, bir ildən sonra tam üzv olmaq mümkündür. Azərbaycan Yaşıllar Partiyası bir ildən sonra Avropa Yaşıllar Partiyasının tam üzvlüyünə qəbul olunacaq", - deyə o qeyd edib.

Güləliyev üzvlüyə qəbuldan sonra Avropa Yaşıllar Partiyasının Şərq - Qərb Komitəsində təmsil olunmağa çalışacaqlarını bildirib. "Bu Komitədə təmsil olunmaq çox vacibdir; Şərq - Qərb Komitəsində təmsil olunmaq gələcəkdə Azərbaycan Yaşıllar Partiyasının möhkəmlənməsi, "yaşıllar" ideologiyasının regionda genişlənməsinə böyük imkanlar yaradacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti