...

Azərbaycan prezidentliyinə namizədlər seçkiqabağı prosesdən razıdırlar - MDB-nin missiyası

Siyasət Materials 2 Oktyabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyab / Trend , müxbir R.Novruzov/ Azərbaycan prezidentliyinə namizədlər seçkiqabağı prosesdən razıdırlar, - ölkədə keçiriləcək prezident seçkilərində MDB-nin Müsahidə Missiyası qeyd edib.

MDB-nin Azərbaycandakı Müşahidə Missiyası prezidentliyə namizədlər - Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevlə görüşlər keçirib. Onlar seçkiqabağı prosesin cidd pozuntularsız normal keçdiyini qeyd ediblər, - cümə axşamı Trend -a telefonla MDB-nin Müşahidə Missiyasının qərargah nümayəndəsi Oleq Kuleba bildirib.

Kulebanın sözlərinə görə, onlar görüş çərçivəsində seçkiqabağı vəziyyətlə bağlı fikr mübadiləsi ediblər.

Müşahidəçilər, seçicilərin kifayət qədər imzasını toplaya bilmədikləri üçün prezidentliyə namizədlikləri qeydə alınmamış Əlimuxtar Əkbərov və Əli Ağayevlə də görüşüblər. Kuleba məlumat verib ki, missiya onların şikayətinə baxmayacaq, belə ki, onlar tərəfindən rəsmi surətdə şikayət edilməyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayıb və 28 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti