...

Azərbaycan parlamenti Əfqanıstandakı sülhməramlı kontingentin artırılması haqqında qanun layihəsini qəbul edib

Siyasət Materials 2 Oktyabr 2008 14:38 (UTC +04:00)
Azərbaycan parlamenti Əfqanıstandakı sülhməramlı kontingentin artırılması haqqında qanun layihəsini qəbul edib

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti cümə axşamı Əfqanıstandakı sülhməramlı kontingentin iki dəfə artırılması haqqında qanun layihəsi qəbul edib.

Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 45 azərbaycanlı sülhməramlı xidmət edir. Onlar Kabildə post-patrul nəzarəti həyata keçirirlər.

Qanun layihəsinin lehinə 95, əleyhinə 1 deputat səs verib, bir nəfər bitərəf qalıb.

Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinə Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edən azərbaycanlı hərbi qulluqçuların sayının  bir taqım artırılması haqqında qanun layihəsi təqdim edib.

1997-ci ildə Azərbaycan Milli Ordusunun tərkibində sülhməramlı dəstə, sonra isə sülhməramlı tabor yaradılıb. Iraqdakı Çoxmillətli Qüvvələrin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 150 əsgəri var və onlardan 34-ü Kosovoda olub. Azərbaycan hərbçiləri diyarın 18 kəndində nəzarət həyata keçiriblər. Kosovoda təxminən 400 azərbaycanlı əsgər qulluq edib. Azərbaycanın Kosovodakı sülhməramlı dəstəsi Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib. Diyarın müstəqilliyi elan edildikdən sonra, Azərbaycan siyasi fikirləri baxımından öz sülhməramlılarını geri çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti