Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Müxalifəti təmsil edən Açıq Cəmiyyət Partiyasının lideri, Azərbaycanın eks - spikeri Rəsul Quliyev partiyada son vaxtlar baş verən istefalardan xəbərsizdir.
"Açıq Cəmiyyət Partiyasındakı istefalar barədə mənə partiyanın sədri Akif Şahbazov heç bir məlumat verməyib. Onların hansı səbəbdən istefa verdiklərini də partiya sədrindən soruşmaq laızmdır" - cümə günü Trend - a telefonla ABŞ - da mühacirətdə yaşayan Quliyev bildirib.
Trend -un arayışı : Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007 - ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks - spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007- ci ilin fevralınadək ADP-nin sədri olmuş Rəsul Quliyev və onun tərəfdarları etiraz olaraq ADP- dən imtina edib, özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.
ACP sədrinin mühaviri Solmaz Ələsgərova və İdarə Heyətinin üzvü, Ali Məclis sədrinin müavini Oqtya Mirzəyev partiyanı fəaliyyətsizlikdə qınayaraq, istefa veriblər.
ACP sədri Akif Şahbazov Trend - a bildirib ki, partiyaya daxilolmalar və partiyadan getmək partiyanın daxili işidir.
"Partiya Rəsul Quliyevin liderliyini dəstəkləyir və sərbəst siyasi fəaliyyətlə məşğuldur. Ona görə, partiyadan kiminsə istefa verib -verməməsini Rəsul Quliyevi maraqlandırmır, heç məni də narahat etmir",- Şahbazov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]