İsrail, Qüds, 04 oktyabr/ Trend , müxbir A.Qut/ Konqresmenlər tərəfindən razı salınan və beynəlxalq vəziyyəti nəzərə alan prezident Corc Buşun administrasiyası İsrail ərazisində Amerikanın müasir RLS-nin (radiolokasiya stansiyası) yerləşdirilməsini yubatmamaq qərarına gəlib.
Layihənin realizəsi ilə Pentaqon məşğul olub. Onun rəhbəri artıq İsrailin müdafiə naziri ilə sazişin maliyyələşdirilməsi mövzusunda danışıqlar aparıb. Tələsməyə İranın raket sınaqları səbəb olub. Sınaqların yekunları üzrə İsrailə və ABŞ-ın Fars körfəzindəki bazarlarına hücumun mümkünlüyü bəyan edilib.
Birləşmiş Ştatlar növbəti dəfə dünyaya bəyan ediblər ki, İran İslam Respublikası tərəfindən hipotetik təhdidə ciddi yanaşırlar. Vurğulamaq lazımdır ki, ABŞ, qabaqcıl yerləşdirmə raket əleyinə müdafiə (RƏM) mobil radarının İsrailə gətirilməsini rekord səviyyədə qısa müddətdə həyata keçirib. Bu, Amerika qoşunlarının yəhudi dövləti ərazisində daimi yerləşməsinə dair birinci haldır. Radarın cari ilin sonuna planlaşdırılan istismara verilməsi, İsrail RƏM-nin səmərəliliyini artıracaq. Vaşinqtonun planına əsasən bu, yazdan etibarən İranın nüvə infrastrukturuna preventiv zərbəyə fəal hazırlıq aparan Təl-Əvivi bir qədər sakitləşdirməlidir.
Tehran tərəfdən real təhdid nəticəsində yalnız Vaşinqton yox, rəsmi Qüds bu günlərdə İsrailin cənubunda ölkənin İranın raket təhdidindən müdafiəsi ilə bağlı iki kifayət qədər güclü təsir bağışlayan layihənin realizəsinə başlayır.
їMaarivї qəzetinin məlumatına əsasən, birinci layihə İsrailin Müdafiə Ordusunun mühəndis bölmələri tərəfindən hər birinin hündürlüyü 400 metr olan nəhəng antennaların quraşdırılmasıdır. Qeyd etmək lazımdır ki, KVLY-TV telestansiyasına məxsus dünyada ən hündür televiziya antennası Şimali Dakotanın (ABŞ) səmasında 628,8 metr yüksəklikdə ucalır. Hazırda antennaların quraşdırılmasına hazırlıq gedir. Yeri gəlmişkən, Yaxın Şərqdə ən hündür antennaları iki həftədən sonra Dimona ətrafında quraşdırmağa başlayacaqlar. Onlar torpağa polad kanatlarla bərkidiləcək. Antennaların təyinatı haqqında məlumat açıqlanmır.
İkinci layihə - Ar-Keren rayonunda Qərbi Neqevdə (İsrailin cənubu) X-FBX-T tezliyində işləyən ABŞ-ın ən güclü radiolokasiya stansiyasının yaradılmasıdır. Sentyabrın sonunda ABŞ HHQ-nin dörd C-130 təyyarəsi İsrail HHQ-nin Nabatiyadakı bazasına Birləşmiş Ştatların yaratdığı qlobal raket əleyhinə müdafiə sisteminin bir hissəsi olan bu RLS üçün onlarla ton tamamlayıcı hissələr gətiriblər. Bu addım Amerika hərbçilərinin İsraildə birinci daimi iştirakına dəlalət edir. Güclü radiolokasiya sistemi İranın їyer-yerї tipli raketlərinə qarşı İsrailin müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulub. Bu radiolokasiya sisteminin İsrailə verilməsi haqqında saziş İsrailin müdafiə naziri Ehud Barak və İsrailin Müdafiə Ordusunun rəisi Qabi Aşkenazinin cari ilin iyulunda Vaşinqtona səfəri zamanı əldə edilib.
Amerikanın radarı və onun yardımçı sistemləri, müvafiq avadanlıq, həmçinin texniki xidmət və təhlükəsizlik sahəsində mütəxəssislər İsrailə onlarla nəqliyyat təyyarəsi gətiriblər. İnsanlar və texnika Neqev səhrasında (İsrailin cənubu) Nevatim hərbi-hava bazasında yerləşdirilib. Hələ ki avadanlıq quraşdırılır və istismara verilməyib.
RLS-dən güclü şüalanma olacaq və buna görə də antennanın özülü ölçüsü bir kilometrin bir kilometrə bərabər olan sahənin mərkəzində güclü beton bünövrə üzərində yerləşdirəcək və yüksək hasarla əhatə edəcəklər. ABŞ ordusunun 68 əsgər və zabiti İsrail ordusunun Ar-Kerendəki bazasında xüsusi komanda məntəqəsindən antennanı idarə edəcəklər.
їXetsї raket əleyhinə müdafiə sisteminə daxil olan İsrailin їYaşıl şamї radarı raketləri 800-960 kilometr radiusda tuta bilər. AN/TYP-2 1900 kilometrədək fəaliyyət radiusuna malikdir ki, ABŞ-ın raket əleyhinə müdafiə agentliyinin direktoru, general-leytenant Henri Oberinqin sözlərinə görə, İran zərbə endirərsə, İsrailə bir neçə həlledici dəqiqə qazanmağa imkan verəcək. RLS 2000 kilometrədək məsafədə ballistik raketlərin buraxılışını tuta və onların təxmini uçuş trayektoriyasını müəyyən edə bilər. İran İsrail tərəfə raket buraxdığı halda ABŞ dərhal Qüdsü bu barədə məlumatlandıracaq. їXets-2ї raket əleyhinə müdafiə sistemini işə hazırlamaq üçün İsrail ordusunun 12-13 dəqiqəsi qalacaq. Eyni zamanda AN/TPY-2 Amerikanın raket əleyhinə təhlükəsizlik sisteminə daxil ediləcək. RLS, Amerikanın hərbi peyklərindən məlumatların daxil olduğu JTAGS erkən aşkaretmə yerüstü mobil sistem ilə əlaqələndiriləcək.
"Ha-Aretz" qəzetinin məlumatına əsasən, israilli hərbçilər bunun onların hərəkət sərbəstliyini məhdudlaşdıracağından ehtiyat edərək, əvvəlcə radarın İsraildə yerləşdirilməsinə etiraz ediblər. Lakin İsrailin Amerikanın erkən xəbərdarlıq peyk sistemindən də informasiya alacağı məlum olduqdan sonra, onlar geri çəkiliblər. Yeni radar peyklərdən gələn informasiya ilə birlikdə israillilərə görünüş zonasını iki-üç dəfə artırmağa, İran raketlərinin buraxılışını bir neçə dəqiqə əvvəl tutmağa və sürətli reaksiya göstərməyə imkan verəcək ki, bu da döyüş başlıqlarının İsrailin їArrowї RƏM kompleksinin tutucuları tərəfindən məhvi ehtimalını artıracaq. Güman edilir ki, zaman keçdikcə, radarın idarəsi israillilərə veriləcək. Lakin raketlərin buraxılması haqqında erkən xəbərdaretmə peyk sistemindən məlumat onlara yalnız Amerikanın Avropadakı yerüstü mərkəzindən daxil olacaq.
The New York Times-ın qeyd etdiyinə görə, Amerikanın qabaqcıl yerləşdirmə radarının İsrail ərazisində yerləşdirilməsi ölkəni İranın nüvə obyektlərinə mümkün preventiv zərbədən saxlamalıdır. İsrailin rəsmi şəxsləri də narahatdırlar ki, radarın quraşdırılması Moskvanın narazılığına səbəb ola bilər. Belə ki, radar Birləşmiş Ştatlara Rusiyanın cənub hissəsinə nəzarət etməyə imkan verəcək. Bu, Rusiya hakimiyyətini İran və Suriyaya S-300 raket kompleksləri verməyə təhrik edə bilər.