...

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycandakı seçkiqabağı vəziyyəti öyrənir

Siyasət Materials 6 Oktyabr 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir R.Novruzov/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter SemnebiAzərbaycandakı seçkiqabağı vəziyyəti öyrənir.

Bazar ertəsi Aİ xüsusi nümayəndəsinin Azərbaycanın rəsmi şəxsləri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri başlayıb.

Semnebinin seçkiqabağı vəziyyətlə tanış olması üçün Azərbaycan XİN və MSK-da görüşləri planlaşdırılıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti