Azərbaycanda prezidentliyə namizədlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fərqli vədlər verib

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda prezidentliyə namizədlərin əksəriyyəti Trend -un apardığı sorğuda seçkilərdə qalib gələcəkləri təqdirdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə üstünlük verəcəklərini bəyan ediblər.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, indiki dövlət başçısı İlham Əliyev oktyabrın 4-də Horadiz şəhərinə səfəri zamanı çıxışında bildirib ki, bütün dünya Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi bütün dünya tərəfindən tanınıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması artıq bütün beynəlxalq birlik, o cümlədən məsələ ilə birbaşa məşğul olan Minsk Qrupunun həmsədr ölkələri tərəfindən dəstəklənir", - İlham Əliyev bildirib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında fərqin də getdikcə böyüdüyünü xatırladıb. "Bizim iqtisadi imkanlarımız, valyuta ehtiyatlarımız, büdcə xərclərimiz və siyasi çəkimiz Ermənistanla müqayisə oluna bilməz və bu həlledici dəyişikliyi biz son illər ərzində əldə etmişik. Azərbaycanın təbii sərvətləri uzun illər, onilliklər bundan sonra da dövlətçiliyimizin güclənməsinə xidmət göstərəcək və əminəm ki, bizim torpaqlarımızın işğalçı qüvvələrdən azad olunmasında da həlledici rol oynayacaq", - prezident deyib.

Prezidentliyə namizəd tam əminliklə bildirib ki, indi danışıqlar prosesində müşahidə olunan müəyyən müsbət irəliləyişlər məhz Azərbaycanın gücünün artması nəticəsində baş verir.

"Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. Sadəcə olaraq, Ermənistan rəhbərliyi öz vəziyyətini dərindən təhlil edərək, cəsarətli və müdrik addım atmalıdır. Bu da ondan ibarətdir ki, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş bütün torpaqlardan qeyd-şərtsiz çıxarılmalı, bizim soydaşlarımız o torpaqlara qayıtmalıdırlar, bölgənin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməlidir", - prezident əlavə edib.

Dağlıq Qarabağın hüquqi statusuna gəldikdə, prezidentin sözlərinə görə, bu məsələ gələcəkdə müzakirə oluna bilər. "Biz bu müzakirəyə açığıq və dəfələrlə bəyan etmişik ki, dünyada mövcud olan ən mütərəqqi təcrübəni tətbiq edə bilərik, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Bunun kənarında heç bir başqa variant müzakirə olunmur, heç bir başqa məsələnin həlli mümkün deyildir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və mən şübhə etmirəm ki, biz öz torpaqlarımızı azad edəcəyik. Çox istəyirəm ki, bunu sülh yolu ilə edək və biz buna çalışırıq. Baxmayaraq ki, uzun illər ərzində danışıqlar heç bir nəticə vermir. Ancaq son aylar ərzində müəyyən ümidverici məqamlar da üzə çıxır. Ermənistan tərəfindən səslənən bəzi realist fikirlər doğrudan da səmimidirsə, əminəm ki, biz qısa müddət ərzində məsələnin həllinə nail ola bilərik. Yəni ki, qısa müddət ərzində Ermənistanın işğalçı qüvvələri bizim torpaqlarımızdan çəkiləcəkdir. Əgər yox, bu, sadəcə olaraq, bir taktiki gediş, yaxud da ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti aldatmaq üçün növbəti cəhddirsə, onda Azərbaycan dövləti öz prinsipial siyasətini davam etdirəcək və öz iqtisadi, siyasi və hərbi gücünün artırılması işində əlavə və çox ciddi tədbirlər görəcək", - İlham Əliyev deyib.

Prezidentliyə namizəd Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyində heç bir dəyişiklik və heç bir geriyə addımlar olmadığını da xatırladıb.

Müxalif Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfərğolu hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün indiki şəraitdə nə sülh, nə də müharibə variantı Azərbaycan üçün faydalıdır.

"Sülh alçaldıcı olacaq, müharibə isə fəlakətlə nəticələnəcək. Ona görə biz ordunun gücləndirilməsinin və danışıqların beynəlxalq vasitəçilərin iştitrakı ilə davam etdirilməsinin tərəfdarıyıq" - Qəzənfəroğlu bildirib.

Prezidentliyə namizədin fikrincə, ən başlıca məsələ Türkiyənin danışıqlar prosesinə qoşulması və bu ölkənin Ermənistanla münasibətlərinin yeni formatda qurulmasıdır.

"Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırmaq istiqamətində atdığı bütün addımları dəstəkləyirik. Düşünürəm ki, münasibətlərin yaxşılaşması nəticəsində Türkiyə Ermənistan iqtisadi bazarına daxil olmaqla problemin həlli istiqamətində Ermənistana təzyiq imkanlarını daha da artacaq", - Qəzənfəroğlu əlavə edib.

BQP başqanı məsələnin həllində iqtisadi vasitələrdən istifadə olunmasını da istisna etmir.

"Bölgədə yaşayış resurslarının aşağı səviyyədə olması erməniləri Azərbaycanla iqtisadi əməkdaşlığa getməyə məcbur edəcək. Beynəlxalq layihələrdən kənarda qalması Ermənistan üçün ciddi problem yaradır. Ona görə normal iqtisadi islahatlar keçirməklə Azərbaycanı Ermənistanın iqtisadi maraqlarını təmin edəcək ölkəyə çevirmək lazımdır", - Qəzənfəroğlu deyib.

Müxalif Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə Dağlıq Darabağ problemini sülh, yaxud müharibə yolu ilə həll edəcəyini söyləməyə indi heç bir əsası olmadığını bildirib.

"Çünki mən ATƏT-in Minsq qrupu çərçivəsində aparılan danışıqların məzmunu ilə tanış deyiləm. Hakimiyyətə gələndən sonra bəlkə elə bir variant təklif ediləcək ki, bütövlükdə imtina edəcəyəm", - Ağazadə bildirib.

Prezidentliyə namizədin fikrincə, ola bilsin indi elə bir şey təklif edirlər ki, bu hakimiyyət həmin addımı atmağa cəsarət etmir.

"Amma mən bu addımı atıb problemin həllinə nail ola bilərəm. Ona görə bu gün "necə həll edəcəyəm" sualına cavabdan daha çox "mən üç il müddətində problemi həll edəcəyəm" iddiasını ortaya qoyuram", - Ümid Partiyasının sədri vurğulayıb.

Bununla belə, Ağazadə istənilən halda problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, dövlətimizin maraqlarına uyğun həll edəcəyinə əmindir.

Müxalifyönlü Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev Dağlıq Qarabağ problemini altı ay müddətinə həll edəcəyinə söz verir.

"Biz uzun-uzadı danışıqlardan imtina etməli və bütün beynəlxalq təşkilatlar qarşısında vaxt qoymalıyıq", - Hacıyev bildirib.

Prezidentliyə namizəd danışıqların konkret müddətdə başa çatdırılmasının tərəfdarıdır.

"Problemin sülh yolu ilə həll olunması razılaşdırılmazsa, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanındığından, ermənilər işğal etdikləri torpaqları boşaltmalıdırlar. Əks halda, biz hərbi əməliyyat keçirib, torpaqlarımızı geri qaytarmaq hüququnu özümüzdə saxlamalıyıq", - Hacıyev deyib.

Namizədin fikrincə, əraziləri işğaldan azad etmək üçün ordunu da gücləndirmək niyyətindədir: "Nazirlərimizin hərəsində milyardlar, trilyardlar var. Onlar pullarını başqa dövlətlərdə də saxlayırlar. Onları tutdurandan sonra, şərt qoyacağam ki, hərəsi bir milyard versin, azadlığa buraxım. Bu pul və bir az da ordunu gücləndirmək hesabına biz Dağlıq Qarabağı çox asanlıqla geri qaytaracağıq", - Hacıyev bildirib.

Hacıyev indiki hakimiyyətin Qarabağı işğaldan azad edə bilməməsinin səbəbini də məmurların pullarını xaricdə saxlaması ilə izah edib.

"Biz hakimiyyətə gələn kimi həmin pulların başını bağlayacağıq", - prezidentliyə namizəd vəd verib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev Dağlıq Qarabağı işğaldan azad etmək üçün ilk növbədə 80 min nəfərlik peşəkar ordu yaradılacağına və ən müasir silahlarla təmin olunacağına söz verir.

"Hərbi xərcləri 12 faizdən 25-27 faizə çatdıracağıq və hazırda Dövlət Neft Fondunda toplanan vəsaitin 80 faizini ordu üçün müasir silahlar alınmasına xərcləyəcəyik", - Həsənquliyev bildirib.

Prezidentliyə namizəd bundan əlavə, diplomatik fəaliyyətin gücləndirilməsini də vacib hesab edir: "Biz Rusiyadan tələb edəcəyik ki, öz for-postu adlandırdığı Ermənistan qarşısında Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaq şərti irəli sürsün. Əgər Rusiya konkret əməli addımlar atmasa, Gürcüstan və Ukraynanın ardınca Azərbaycan MDB-dən çıxıb NATO-ya üzvlüklə bağlı müraciət etməlidir", - Həsənquliyev deyib.

Həsənquliyev Ermənistan qarşısında da konkret şərt irəli sürəcəklərini istisna etmir: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü ya tanımalı, ya da bir il sonra atəşkəs sazişindən imtina etməliyik. Amma bu o demək deyil ki, biz bir il tamam olan kimi hərbi əməliyyatlara başlayacağıq. Hesab edirik ki, ən geci 2011-ci ildə Azərbaycan dövlətinin Xankəndidə bayrağının dalğalanması üçün imkanı olacaq. Həmin müddətdə isə güclü müdafiə sənayesi yaradılacaq. Lakin düşünürəm ki, güclü ordu qursaq, bəlkə də hərbi əməliyyatlara başlamağa ehtiyac qalmayacaq. Ordumuzun güclənməsindən sonra beynəlxalq təşkilatlar da bundan nəticə çıxarıb Ermənistanın ərazilərimizdən geri çəkilməsinə maraqlı olacaqlar", - prezidentliyə namizəd bildirib.

Prezidentliyə müstəqil namizəd, yeni yaradılacaq Aydınlar Partiyasının Təşəbbüs Qrupunun üzvü Qulamhüseyn Əlibəyli problemin indiki geosiyasi şəraitdə hərbi yolla həllini mümkün hesab etmir: "Azərbaycanın öz torpaqlarını azad etməsi üçün hüququ olsa da, məsələ danışıqlar çərçivəsində həll edilməlidir. Amma danışıqların formatı və məzmunu dəyişilməlidir. Danışıqlarda ilkin olaraq Dağlıq Qarabağ ermənilərinin statusu deyil, işğal altındakı torpaqların azad olunması məsələsi önə çəkilməlidir" - Əlibəyli bildirib.

Prezidentliyə namizədin fikrincə, bu məsələnin həllindən sonra məcburi köçkün və qaçqınların həmin torpaqlara qayıtması, təhlükəsizliyinin təmin olunması və nəhayət status məsələsini müzakirə etmək mümkündür: "Mən mərhələli həll variantına üstünlük verirəm. Hesab edirəm ki, Azərbaycanın danışıqlar prosesində güclü tərəf olması üçün ordumuz da gücləndirilməlidir. Orduya ayrılan vəsaiti təmir-tikinti işlərinə yox, döyüş qabilliyyətinin yüksəldilməsinə sərf etmək lazımdır", - Əlibəyli əlavə edib.

Müxalifyönlü Liberal Demokrat Partiyasının prezidentliyə namizədi Fuad Əliyev Dağlıq Qarabağ probleminin həlli üçün danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıdır: "Bundan əvvəl isə müxalifətlə iqtidar arasında barışığa nail olmaq vacibdir. İqdisadi irəliləyişə də nail olmaq lazımdır ki, biz professional ordu formalaşdıra bilək. Bundan sonra biz Dağlıq Qarabağ probleminin həllinə nail olmaq niyyətindəyik", - Əliyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Bütün xəbərlər