Azərbaycan, Bakı, 07 oktyabr / Trend / Azərbaycan respublikasının prezidenti İlham Əliyev Masallıda akademik Zərifə Əliyeva adına Elmi -Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialının açılışında iştirak edib.
Masallı şəhərinin mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşən yeni səhiyyə müəssisəsinin ümumi sahəsi 850 kvadratmetrdir. Binanın foyesində tanınmış oftalmoloqun büstü qoyulub.
Filialda altı çarpayılıq üç palata, bir əməliyyat otağı, laboratoriya, konfrans salonu, ambulator, qəbul və müayinə şöbələri var.
Filialın açılışını bildirən lenti kəsən dövlət başçısı bildirib ki, yaxınlarda Bakıdakı xəstəxanada da belə gözəl şərait olacaq.
Azərbaycan prezidenti filialın kollektivinə müraciət edərək deyib ki, səhiyyə müəssisəsində əsas iş yerli həkimləri hazırlamaqdan ibarət olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]