...

Bakıda qətl törədən şəxs tutulub

Siyasət Materials 9 Oktyabr 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , S.Kazımlı / Bakının Yasamal rayonunda qətl hadisəsi törətdiyinə görə 51 yaşlı Bakı sakini tutulub.

Yasamal rayon Prokurorluğundan cümə axşamı Trend -a verilən məlumata görə, oktyabrın 6-da Natiq Firudin oğlu Əhmədovu küt alətlə öldürdüyü üçün Bakı sakini Natiq Müzəffər oğlu Bayramov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.

Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti hadisə baş verən gün Yasamal rayon ərazisində tapılmışdı.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adsam öldürmə (120) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti