...

Rusiya Dağlıq - Qarabağ münaqişəsinin həllində fəal iştirak etməyə hazırdır - RF XİN

Siyasət Materials 9 Oktyabr 2008 15:53 (UTC +04:00)
Rusiya Dağlıq - Qarabağ münaqişəsinin həllində fəal iştirak etməyə hazırdır - RF XİN

Rusiya, Moskva, 09 oktyabr/ Trend , müxbir R.Ağayev/ Azərbaycanda qarşıdakı prezident seçkici ölkədə vacib hadisə olacaq. Seçkinin gedişində Dağlıq Qarabağ münaqişəsinin həllinə kiçik fasilə verilsə də, bundan sonra məsləhətləşmələr davam edəcək və Rusiya tərəfi bu məsələhətləşmələrdə fəal iştirak etməyə hazırdır, - Trend ї un Moskvadakı xüsusi müxbirinin sualını cavablandıran RF XİN - in nümayəndəsi Andrey Nesterenko cümə axşamı bildirib.

їHesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə gərginləşmə baş vermir. Bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparılır və Rusiya gücü çatan dərəcədə iştirak edirї, - Nesterenko bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, belə vəziyyətdə səbr göstərmək lazımdır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.    1992 -1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti