...

ABŞ Konqresinin nümayəndələri Gürcüstanla hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 9 Oktyabr 2008 16:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 oktyabr/ Trend ,  müxbir N.Kirtsxaliya/ ABŞ Konqresinin nümayəndələri,  Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiyanın üzvləri Gürcüstanın Müdafiə Nazirliyində iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Gürcüstanın müdafiə idarəsindən bildirdiklərinə görə, qonaqlar nazirin birinci müavini Batu Kuteliya və beynəlxalq münasibətlər departamentinin rəhbəri Nino Bakradze ilə görüşüblər.

Görüş zamanı Gürcüstanda vəziyyət, beynəlxalq ictimaiyyətin bu ölkəyə yardım göstərməsi və Gürcüstan Silahlı Qüvvələrinin inkişaf prioritetləri  də müzakirə edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti