...

Belarus prezidenti Qırğızıstana səfər edəcək

Siyasət Materials 9 Oktyabr 2008 18:47 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 09 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/Oktyabrın 11 - də Belarus prezidenti Aleksandr Lukaşenkonun Qırğızıstana rəsmi səfəri başlayacaq.

Bu barədə Trend - un müxbirinə cümə axşamı Bişkekdə MDB xarici işlər nazirlərinin iclasında Belarus Xarici İşlər Nazirliyinin əməkdaşları bildirib.

Prezident Lukaşenkonu ölkənin XİN, maliyyə, mədəniyyət, maşınqayırma  nazirliklərinin rəhbərləri və digər rəsmi şəxslər müşayiət edəcəklər. Bir neçə ikitərəfli mühüm razılaşmanın imzalanması planlaşdırılıb. Oktyabrın 11-də Qırğızıstanda Belarus Mədəniyyət Günləri də keçiriləcək.  

Xəbər lenti

Xəbər lenti