...

Gürcüstanın XİN rəhbəri öz tələblərini fransalı həmkarına bildirib

Siyasət Materials 10 Oktyabr 2008 12:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Tbilisidə gecə yarısı Gürcüstan və Fransa xarici işlər nazirlərinin görüşü keçirilib. Bernar Kuşner gecə Tbilisiyə səfərə gəlib və "Tbilisi Merriott" mehmanxanasına yollanıb. Burada onun Yekaterina Tkeşelaşvili ilə görüşü baş tutub.

Nazirlər görüşdən sonra bəyan ediblər ki, danışıqların əsas mövzusu Rusiya qoşunlarının Gürcüstandan çıxarılması məsələsi olub.

"Biz Rusiya qoşunlarının Gürcüstandan çıxarılması məsələsini detallı şəkildə müzakirə etdik və mən yenidən Tbilisidə olmağıma çox şadam", - deyə Kuşner bildirib.

O, cümə günü Batumidə Tbilisi vaxtı ilə 17:00-da Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçiriləcək görüşün "olduqca mühüm" olduğunu qeyd edib.

Tkeşelaşvili Gürcüstan hakimiyyətinin avqustun 7-nə olan status kvonun bərpa edilməsinə dair mövqeyni yenidən qeyd etdiyini bildirib. "Bu o deməkdir ki, rus qoşunları Axalqori, Kodor dərəsi və Perevidən çıxmalıdır və hazırki vəziyyət bizi qane etmir, Rusiya üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti