...

Azərbaycanın müsəlman ölkələrindəki səfirlikləri prezident seçkilərinə hazırdır

Siyasət Materials 10 Oktyabr 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbirlər R.Novruzov, Ü.Sadıqova/ Azərbaycanın müsəlman ölkələrindəki səfirlikləri prezident seçkilərinə hazırdır. Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək. Azərbaycanın İrandakı vətəndaşları üçün seçki məntəqəsinin hazırlanması başa çatıb,-  Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov cümə günü Tehrandan telefonla   Trend -a bildirib.

Həsənovun sözlərinə görə, seçkilərə hazırlıq proseduru başa çatıb və müvəqqəti olaraq İranda yaşayan Azərbaycan vətəndaşlarına bildirişlər göndərilib.  Potensial seçicilərin ümumi sayı təxminən 300 nəfərdir və onların əksəriyyəti tələbzlər, işgüzar şəxslər və diplomatların ailə üzvləridir. Seçkilərin Seçki Məcəlləsinin standartları üzrə keçirilməsinə nəzarət edəcək altı nəfərdən ibarət komissiya yaradılıb, - səfir bildirib.

Misirdə yaşayan Azərbaycan vətəndaşlarının ї seçicilərin sayı 110 nəfərdir. Artıq səfirlik nəzdində seçki məntəqəsi yaradılıb, - Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov Qahirədən telefonla Trend -a bildirib.

Prezident seçkiləri günündə Səudiyyə Ərəbistanında bir seçki məntəqəsi işləyəcək, -Azərbaycanın bu ölkədəki səfirliyinin birinci katibi Toğrul Qafarov  Ər-Riyaddan telefonla bildirib. Bu ölkədə səs vermək hüququ olan Azərbaycan vətəndaşlarının sayı təxminən 100 nəfərdir.

Ölkənin Seçki Məcəlləsinə əsasən, 50 - dən çox Azərbaycan vətəndaşının yaşadığı dövlətlərdə ölkədə prezident seçkiləri zamanı seçki məntəqələri yaradılır.

Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycan səfirliklərinin fəaliyyət göstəridiyi müsəlman ölkələrinin əksəriyyətində, orada yaşayan Azərbaycan vətəndaşlarının sayı 50 nəfərə çatmır və buna görə də, bu ölkələrdə seçki məntəqələri yaradılmayacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti