Gürcüstan, Tbilisi, 11 oktyabr/ Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti Ədliyyə Nazirliyi və Baş prokurorluğun birləşdirilməsi haqqında qanun layihəsini təsdiq edib. Parlamentin 110 deputatı cümə günü axşam yekdilliklə bu sənədin lehinə səs verib.
Iki idarə birləşdikdən sonra, Penitensiar Xidmət Nazirliyi yaradılacaq. Hazırda həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyindədir.