...

Azərbaycanın bitərəf prezidentliyə namizədi səsvermə prosesinin normal keçdiyini bildirib (video)

Siyasət Materials 15 Oktyabr 2008 10:33 (UTC +04:00)
Azərbaycanın bitərəf prezidentliyə namizədi səsvermə prosesinin normal keçdiyini bildirib (video)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Qulamhüseyn Əlibəyli bu gün saaat 10.00-da 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən prezidentliyə namizəd seçki prosesinin normal təşkil olunduğunu və gün ərzində bu qayda ilə davam edəcəyinə əminliyini bildirib.

O, səsvermə prosesini gün ərzində qərargahında izləyəcəyini deyib.

Seçkinin nəticələrinə gəlincə isə, namizəd deyib ki, nəticələri seçicilər müəyyənləşdirəcəklər. Əlibəyli namizəd kimi onun müşahidəçilərinin əksər seçki məntəqələrində bu prosesi izlədiyini qeyd edib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti