...

Ağdam seçicilərinin 50 faizə yaxını artıq səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir Ş.Cəliloğlu/ Bu gün Azərbaycanda keçirilən prezident seçkisində Ağdam rayonu üzrə seçicilərin 50 faizə yaxını artıq səsvermədə iştirak edib. Bu barədə Trend -a 119 saylı Ağdam Seçki Dairəsinin dairə seçki komissiyasının sədri Rövşən Şükürov məlumat verib.

Onun sözlərinə görə, Ağdam rayonunda seçicilərin sayı 46 min 768 nəfərdir və bu gün səhər saat 12.00-a qədər 20 mindən çox seçici artıq səsvermədə iştirak edib.

Xəbər lenti

Xəbər lenti