Gürcüstan, Tbilisi, 15 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Tbilisidə Azərbaycan səfirliyindəki seçki məntəqəsində Azərbaycan prezidenti seçkisi üzrə səsvermə prosesi fəal şəkildə gedir.
Səfir Namiq Əliyev artıq namizədlərdən birinə səs verib. Məntəqə seçki komissiyası səfirliyin əməkdaşlarından formalaşdırılıb.
Seçki məntəqəsi Tbilisi vaxtı ilə saat 8:00 - da açılıb və 19:00 - dək fəaliyyət göstərəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]