...

Azərbaycanda keçirilən prezident seçkisi gənc seçicilərin fəallığı ilə yadda qaldı -"İrəli" Gənclər Hərəkatının həmtəsisçisi

Siyasət Materials 16 Oktyabr 2008 14:08 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkisi gənc seçicilərin fəallığı ilə yadda qaldı -"İrəli" Gənclər Hərəkatının həmtəsisçisi

Azərbayan, Bakı, 16 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçirilən prezident seçkisində gənclər böyük fəallıq nümayiş etdiriblər.

"Gənclər üçün bu prezident seçkisi xüsusi yadda qalan və əhəmiyyətli oldu", - cümə axşamı Trend -a "İrəli" Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı bildirib.

Trend -un arayışı: Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 75,65 faizi səsvermədə iştirak edib. Artıq seçki məntəqələrinin 70 faizinin nəticələri açıqlanıb. Hakim partiyanın namizədi İlham Əliyev 89,04 faiz seçici səsi qazanıb.

Osmanlı hesab edir ki, bu seçkilərdə gənclər spesfiq bir təbəqəni təşkil edirdilər.

"Son üç ildə Azərbaycanda heç bir seçki keçirilməyib. Ona görə də, ölkədə üç gənclər təbəqəsi formalaşmışdı. Onlar ilk dəfə idi ki, səs verirdilər. Biz onlarla çox sıx işləmişdik. İlk dəfə səsverənlər üçün bu seçki xüsusən maraqlı idi. Bütövlükdə gənclər arasında hər bir seçicinin səsinin əhəmiyyətli olması məsələsini təbliğ etməyə çalışırdıq. Çünki insanlar seçkidə iştirak etməklə həm ölkədə gedən proseslərə münasibətlərini, həm ölkənin ümumi demokratik imicinin yüksəlməsinə, həm də dövlətin növbəti beş ildə inkişafına səs vermiş olurlar", - Osmanlı əlavə edib.

Osmanlının fikrincə, əgər insan özünü fəal vətəndaş hesab edirsə, seçkilər onun üçün çox önəmlidir.

Onun sözlərinə görə, vətəndaşlar seçki prosesində iştirak edərək, öz ölkələrinin qlobal miqyasda demokratiya aynasında yaxşı görünməsini istəyirlər.

"Çünki seçkilərdə bu prosesi təşkil edənlərdən daha çox həmin ölkənin vətəndaşları demokratiya imtahanı verirlər. Bu baxımdan Azərbaycanda seçicilərin səsvermədə fəallığı yüksək idi. Digər tərəfdən, vətəndaşlar seçkiyə ideya kimi yanaşdıqda fəallıq nümayiş etdirirlər. Konkret bir namizəd olur və insanlar ona səs verməklə öz ideyalarına səs vermiş hesab olunurlar. Bu seçkidə də belə bir ideya var idi və insanların əksəriyyəti prezidentliyə namizəd İlham Əliyevə səs vermək üçün seçki məntəqələrinə gedirdilər", - deyə Osmanlı əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti