...

Son prezident seçkisi Azərbaycanın tarixində ən demokratik hesab edilir - Azərbaycan prezidenti İcra Aparatının şöbə müdiri

Siyasət Materials 16 Oktyabr 2008 18:05 (UTC +04:00)
Son prezident seçkisi Azərbaycanın tarixində ən demokratik hesab edilir - Azərbaycan prezidenti İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir N.Abdullayeva/Azərbaycanda prezident seçkisi demokratik və ədalətli keçib və Azərbaycanın tarixində ən demokratik hesab edilir, - cümə axşamı jurnalistlərə Azərbaycan prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Bunu beynəlxalq müşahidəçilərin əksəriyyəti təsdiq edir, - şöbə müdiri bildirib. "Seçicilərin çoxu İlham Əliyevə səs verib, bizim üçün əsas  Azərbaycan xalqının etimadıdır", - Həsənov bildirib

Ilkin nəticələrinə əsasən, İlham Əliyev seçicilərin 89,04 faiz səsini toplayıb. Bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Seçki Komissiyası elan edib.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Dövlət rəhbəri vəzifəsinə yeddi namizəd  irəli sürülüb - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

MSK- nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.   

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 866 582   seçici qeydə alınıb. Prezident seçkisi ilə əlaqədar olaraq, 5359 seçki məntəqəsi açılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.     

Azərbaycanda seçkini dünyanın 60 - a yaxın ölkəsindən 1233 nəfər beynəlxalq müşahidə edib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB - dən qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti