...

Özbəkistan prezidenti İlham Əliyevi Azərbaycanın prezidenti seçilməyi münasibətilə təbrik edib

Siyasət Materials 16 Oktyabr 2008 23:36 (UTC +04:00)

Özbəkistan prezidenti İslam Kərimov İlham Əliyevi Azərbaycanın prezidenti seçilməyi münasibətilə təbrik edib.

"Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Bu seçkilərin nəticələri əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hörmətli İlham Heydər oğlu, Sizin uğurla həyata keçirdiyiniz, Azərbaycanın tərəqqisinə, Azərbaycan xalqının firavanlığına və layiqli həyat sürməsinə yönəlmiş daxili və xarici siyasət xəttinin Azərbaycan xalqı tərəfindən bəyənilməsini və dəstəklənməsini bir daha nümayiş etdirir. Özbək və Azərbaycan xalqları həm çətin sınaq illərində, həm də fərəhli və ümidli günlərdə həmişə bir yerdə olmuşlar. Əminəm ki, bundan sonra da belə olacaqdır.
Özbəkistan Azərbaycanın hərtərəfli düşünülmüş, ölkənin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsinə yönəldilmiş xəttini, Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi islahatların və ölkənin modernləşdirilməsinin ardıcıl şəkildə və mərhələlər üzrə həyata keçirilməsini dəstəkləyib və dəstəkləyəcəkdir" - deyə təbrik məktubunda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti