...

Bu gün Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzvlüyü məsələsi dəqiqləşəcək

Siyasət Materials 17 Oktyabr 2008 12:09 (UTC +04:00)

Bu gün BMT-də Türkiyənin bu qurumun Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyü məsələsilə bağlı səsvermə keçiriləcək. Bu barədə CNNTURK məlumat verib.

Bugünkü səsvermədə Türkiyənin əsas rəqibləri eyni qrupda olduğu İslandiya və Avstriya olacaq. Təhlükəsizlik Şurasına üzvlük hüququ qazanmaq üçün BMT-yə üzv olan 192 ölkədən ən azı 128-nin səsini almaq lazımdır. Türkiyə üzv seçiləcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən biri olacaq.

Xəbər lenti

Xəbər lenti