Gürcüstan, Tbilisi, 17 oktyabr / Trend müxbir N.Kirtsxaliya/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat (ATƏT) quruma üzv ölkələrin ministerialı üçün Gürcüstan haqqında hesabat hazırlayır, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun (DTİHB) rəhbəri Yanes Lenarçiç Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşdə bildirib.
Onun sözlərinə görə, hesabatda Cənubi Osetiya ərazisində, əsasasən Rusiya qoşunlarının tutduğu gürcü kəndlərindəki vəziyyət öz əskini tapacaq. Görüşdə Tsxinvali regionu ərazisində insan hüquqlarının pozulması faktları müzakirə edilib.
Lenarçiç hesab edir ki, texniki baxımdan mümkün olduğu zaman ATƏT nümayəndələri Tsxinvaliyə səfər edəcəklər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]