Azərbaycan, Bakı, 18 oktyabr / Trend / Amerika Birləşmiş Ştatlarının Dövlət Katibinin müavini Con Neqroponte şənbə günü Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə həm öz adından, həm də Amerika Birləşmiş Ştatlarının hökuməti adından təbrik edib və ona növbəti prezidentlik fəaliyyətində uğurlar arzulayıb.