...

Bakıda 25 yaşlı oğlanı zorlayan Astara sakini tutulub

Siyasət Materials 20 Oktyabr 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nizami rayonunun ərazisində 25 yaşlı oğlanı zorlayıb, ona qarşı soyğunçuluq edən Astara sakini tutulub.

Nizami rayon Polis İdarəsinin (RPİ) 25 - ci polis bölməsindən bazar ertəsi Trend - a verilən məlumata görə, oktyabrın 19 - da saat 21:00 radələrində iki naməlum şəxs 25 yaşlı Bəxtiyar Bəxtiyarova (ad və soyad şərtidir) iş təklif etmək adı ilə onu naməlum evə aparıblar.

Naməlum şəxslərin biri orada zərərçəkmişə hədə - qorxu gələrək zorla spirtli içki içirdib və onu zorlayıb. Bundan əlavə, onun 100 manat pulunu da əlindən alıb.

Polis bölməsindən bildiriblər ki, hadisə haqda onlara məlumat veriləndən sonra bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində 25 yaşlı oğlanı zorlamaqda və ona qarşı soyğunçuluq etməkdə təqsirləndirilən, əvvələr Azərbaycan Cinayət Məcəlləsininyetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə (171-ci) maddəsi ilə məhkum olunan, Astara sakini Zamiq Hüseyn oğlu Şahbazov bu gün tutulub.

Faktla bağlı Nizami RPİ - də araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti