...

Azərbaycanın qərbində qətl hadisəsi baş verib

Siyasət Materials 21 Oktyabr 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın qərb bölgəsində qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, oktyabrın 20-də Şəmkir rayonunda, rayon sakini Babək Bayramov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bayramovu münaqişə zəminində bıçaqla qətlə yetirən rayon sakini Rəşad Sadıqov tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti