...

İran vətəndaşının evindən oğurluq etmiş Bakı şəhər sakini saxlanılıb

Siyasət Materials 22 Oktyabr 2008 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir S.Kazımlı/ İran vətəndaşının evindən oğurluq etmiş Bakı şəhər sakini saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, oktyabrın 21-də əvvəllər məhkum olunmuş 34 yaşlı Əhmədov Rövşən Cavanşir oğlu İran vətəndaşı Şəhram Pərviz Firidun oğlunun mənzilindən 3 mobil telefon, 46 min İran realı və qızıl-zinət əşyaları oğurlayıb.

Əhmədov İran vətəndaşının mənzilinə pəncərənin şüşəsini sındırmaq yolu ilə keçib.

Yasamal rayon Polis İdarəsinin 26-cı polis şölməsinin əməkdaşları tərəfindən saxlanılan Əhmədov barəsində cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti