...

Azərbaycan prezidentinin andiçmə mərasimində Türkiyəni Baş nazirin müavini təmsil edəcək

Siyasət Materials 23 Oktyabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 24 - də keçiriləcək andiçmə mərasimində Türkiyəni Baş nazirin müavini Cəmil Çiçək təmsil edəcək, - Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov cümə axşamı Trend - a bildirib.

Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkilərinin yekunlarını təsdiqləyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçirilib.

Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb - 88.73 faiz.

Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Haçıyev - 0,65 faiz səs toplayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti