...

BMT-nin yaradılmasının 63-cü ildönümünü qeyd olunur

Siyasət Materials 24 Oktyabr 2008 03:25 (UTC +04:00)
BMT-nin yaradılmasının 63-cü ildönümünü qeyd olunur

Azərbaycan, Bakı, 24 oktyabr / Trend / Birləşmiş Millətlər Təşkilatı oktyabrın 24-də 63-cü ildönümünü qeyd edir. Məhz bu gün, 1945-ci ildə, Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Birləşmiş Ştatlar və digər ölkələr tərəfindən təsdiq edilmiş Təşkilatın Nizamnaməsi qüvvəyə minib.

Nizamnamə 50 ölkədən olan nümayəndələr tərəfindən, 1945-ci il aprelin 25-dən 26-dək, San-Fransiskoda Beynəlxalq Təşkilatın yaradılmasına həsr olunmuş Konfransda hazırlanıb.

Təşkilatın adı ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub və ilk dəfə 1942-ci il yanvarın 1-də Birləşmiş Millətlərin Bəyannaməsində əksini tapıb.

Vesti telekanalının xəbər verdiyi kimi, cümə günü BMT Baş Assambleyasının iclas zalında məşhur violonçelçalan, BMT-nin xoşməramlı səfiri Yo-Yo Ma konsert proqramı ilə çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti