...

Gürcüstan Rusiya silahlı qüvvələrinin Cənubi Osetiyada cəmləşməsindən narahatdır – Gürcüstan DİN-i

Siyasət Materials 24 Oktyabr 2008 05:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 oktyabr / Trend müxbir, N.Kirtsxalia/ Gürcüstan Daxili İşlər Nazirliyi Rusiya silahlı qüvvələrinin Cənubi Osetiyada cəmləşməsindən narahatdır. Bunu ötən günü Tbilisidə keçirdiyi brifinqdə Gürcüstan DİN-in informasiya deportamentinin rəhbəri Şota Utiaşvili bildirib.

Onun sözlərinə görə Rusiya silahlı qüvvələrinə məxsus 40-a yaxın ağır döyüş texnikası Cənubi-Osetiyanın Cava kəndində yerləşib və burada olan tankların və zirehli döyüş maşınlarının sayı 200-ə çatıb.

Utiaşvilinin qeyd edib ki, Cənubi Osetiyada 7 min rusiya hərbiçisi yerləşib.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti