...

Gürcüstan prezidentinin anası İlham Əliyevi seçkidə qalib gəlməsi münasibətilə təbrik edib

Siyasət Materials 24 Oktyabr 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir C.Babayeva/ Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya Azərbaycan prezidenti İlham Əliyevi seçkidə qalib gəlməsi münasibətilə təbrik edib. Bu barədə cümə günü Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Gürcüstan-Azərbaycan Dostluq Evi" və M.F.Axundov adına muzeydə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi adından yazılan təbrik məktubunda Alasaniya İlham Əliyevin seçkidə qələbəsini Azərbaycan xalqının müdrik qərarı adlandırıb. Gürcüstan prezidentinin anası Azərbaycan prezidentinə müstəqil və demokratik dövlətimizin daha da möhkəmlənməsi və inkişafı yolunda uğurlar arzulayıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib. Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev seçkinin nəticələrinə görə, ən yüksək - 88,73 faiz səs toplayıb.

Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə 2,86%, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu 2,47%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 2,28%, müstəqil namizəd Qulamhüseyn Əlibəyli 2,23%, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev 0,78% və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0,65% səs toplayıb.

Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini təsdiq edib.

Bu gün Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti